CƏMİYYƏT


Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir?

Həvəskarlar balıqçılar üçün iyulun 1-dən balıq mövsümü açıq elan olunub. Balıqçılar artıq tilov və ləvazimatlarını hazır vəziyyətə gətiriblər. AZƏRTAC-ın bölgə müxbiri mövsümün ilk günündə balıqçılarla həmsöhbət olub, onların mövsümdən gözləntiləri, qadağaların balıq artımına təsiri ilə bağlı fikirlərini qələmə alıb. Bununla bağlı hazırlanan reportajı təqdim edirik:
Mil-Muğan bölgəsində balıqçıların ən çox üz tutduğu su hövzələrindən biri də Araz çayıdır. İmişli sakinləri olan həvəskar balıqçılar da buraya gəlir, həm balıq tutur, həm də bir növ istirahət edirlər. Uzun illərdir balıqçılıqla məşğul olan Zaur İsmayılov balıq tutmaqla bərabər, həm də balıqların qorunmasının tərəfdarıdır.