Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC XƏBƏR VERİR: Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

02.07.2024 [18:51]

Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. “Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir.