CƏMİYYƏT
Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb
03.07.2024 [17:15]
Cəlilabad rayonunda 3 ildir ki, araşdırılan qədim yaşayış məskəni Paşatapə abidəsində ilk dəfə olaraq qədim kənd izləri aşkarlanıb. Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra olunması üçün xüsusi yerlər də üzə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində ilk qazıntılara 2022-ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı hər mövsüm olduğu kimi, bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb. Bu il ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb. Bu kəndin əsas özəlliklərindən biri evlərin çiy kərpicdən inşa olunmasıdır.