Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ŞƏT-in Zirvə Görüşündə: Yeni imkanlar və inkişaf perspektivləri

04.07.2024 [15:12]

ŞƏT-in Astanada keçirilən Zirvə görüşü regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi tarixə düşür. Bu sammit Avrasiya məkanında geosiyasi və iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin beynəlxalq arenda artan rolunu və nüfuzunu bir daha təsdiqləyir.Prezident İlham Əliyevin keçirdiyi görüşlər və əldə olunan razılaşmalar Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilir.