Azərbaycan-Çin: Qədim İpək yolunun staretji tərəfdaşları
04.07.2024 [16:09]
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində iyulun 3-də Astanda Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin olə görüşü olub. Dövlət başçılarının görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənəd iki ölkə arasında münasibətlərin bütün sahələrini əhatə edir və əməkdaşlığın dərinləşdirilməsi üçün istiqamətləri müəyyən edir. Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcək. Strateji tərəfdaşlıq eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcək.