Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İkitərəfli münasibətlər strateji tərəfdaşlığa yüksəldi

04.07.2024 [17:30]

Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin liderilə görüşü zamanı imzalanan birgə Bəyannamə hər iki dövlət üçün böyük perspektivlər vəd edir. Bu sənədin imzalanması Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzunun daha da yüksəldiyini nümayiş etdirir.