Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balı

05.07.2024 [17:01]

Xəbərin mətni

Mil-Muğan bölgəsində bal yığımı davam edir. Saatlı rayonunda yerləşən biyanlıq sahədəki arıçılıq təsərrüfatında gözləntilər böyükdür. Səksən arı ailəsinin bəslənildiyi təsərrüfatdan 2 tona yaxın məhsul götürülməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sözügedən arıçılıq təsərrüfatı Saatlının ucqar kəndlərindən olan Smadakənd ərazisindədir. Burada yerləşən 70 hektarlıq biyan sahəsi arıçılıq üçün geniş imkanlar açır.