Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

10.07.2024 [12:17]

İyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.
AZƏRTAC xəbər verir ki, müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edirlər.