Zeynal Nağdəliyev: Məqsədimiz seçkilərin azad və şəffaf şəkildə keçirilməsinin təmin edilməsidir
10.07.2024 [12:28]
Xəbərin mətni
Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, seçkilər həm ölkədə, həm də beynəlxalq miqyasda yaxşı mənada səs salsın. Məqsədimiz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinin təmin edilməsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün iyulun 10-da MSK-da keçirilən müşavirədə söyləyib.