İQTİSADİYYAT


Afiyəddin Cəlilov küçəsində təmir işləri yekunlaşıb

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.
Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.