Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqabət orqanının əsas məqsədlərindən biri qəbul olunmuş rəqabət qanunvericiliyinin tam mənimsənilməsidir

11.07.2024 [12:08]

Xəbərin mətni

Rəqabət mədəniyyətinin yaradılması sistemli iş və bütün maraqlı tərəflərin fəal iştirakını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, Milli Rəqabət Forumunun məqsədi bu il və növbəti illərdə günün ən mühüm yerli və qlobal çağırışlarının və səmimi dialoq platformasının yaradılmasından ibarətdir.