Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda keçiriləcək Türk Ticarət Sərgisinin təqdimatı olub

11.07.2024 [12:46]

Xəbərin mətni

Bu il noyabrın 7-dən 9-dək İstanbulda ilk dəfə olaraq Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) keçiriləcək. Tədbir Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən təşkil olunacaq. Sərginin təşkilatçısı ROK-un rəhbəri, azərbaycanlı vəkil Aygün Əliyevadır.
AZƏRTAC xəbər verir ki, İstanbulda sərginin təqdimatı ilə bağlı “Türk dövlətlərinin iqtisadi gücü və Türk Ticarət Sərgisinin gətirəcəyi fürsətlər” mövzusunda tədbir keçirilib.