İQTİSADİYYAT
Elektromobil istifadəçiləri üçün altı ayda 104 Enerji Doldurma Məntəqəsi istismara verilib
11.07.2024 [18:56]
Xəbərin mətni
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin I yarım il üzrə icra vəziyyətinə dair növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə icraçısı olduğu tədbirlər üzrə I yarım il ərzində görülən işlərə dair hesabat təqdim edilib, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.