Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirib

12.07.2024 [14:16]

Xəbərin mətni

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə intensiv maarifləndirmə layihələrini davam etdirir.

AZƏRTAC xəbər verir ki, MSK-nın maarifləndirmə proqramı əsasında iyulun 12-də növbəti tədbir - Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirilib.

Tədbir MSK sədrinin müavini Rövzət Qasımovun çıxışı ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericiliyin tələbləri, namizəd irəli sürmək hüququna malik subyektlər, namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası, habelə imza vərəqələrində və namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınmasının əsaslarına dair təqdimatları dinlənilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI