CƏMİYYƏT
Lənkəranın əksər hotellərində iyul-avqust ayları üçün boş yer yoxdur - REPORTAJ
13.07.2024 [12:45]
Xəbərin mətni
Ölkəmizdə yay turizm mövsümü başlayıb. İnsanlar şəhərin səs-küylü həyatından uzaqlaşıb, bölgələrə üz tuturlar. Gözəl təbiəti, zəngin mətbəxi ilə turistləri cəlb edən cənub rayonları, o cümlədən Lənkəran da turistlərin istirahət ünvanına çevrilib.
AZƏRTAC xəbər verir ki, füsunkar təbiəti ilə seçilən Lənkərana respublikamızın müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən çoxlu turistlər gəlir.