Azərbaycan Dövlət İnformasiya Agentliyi

RF Prezidentinin xüsusi nümayəndəsi: Bakı iqlim gündəliyinin paytaxtına çevrilib

15.07.2024 [14:24]

Xəbərin mətni

Bu gün burada olmaq bizim üçün böyük şərəf və sevincdir, çünki Bakı bu gün iqlim gündəliyinin paytaxtına çevrilib. Ekoloji gələcəyimizlə, Yerin ekologiyasının necə inkişaf edəcəyi ilə bağlı bütün məsələlər öz həllini Bakıda tapır. COP29 bəşəriyyətin inkişafı naminə bütün bu kritik məsələlərin müzakirə ediləcəyi beynəlxalq toplantıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.

Bölmənin digər videoları