Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məşhur ziyarətgaha gedən yol yenidən qurulur

15.07.2024 [15:45]

Azərbaycanda inanclı insanların pənah gətirdiyi məşhur ziyarətgahlardan biri də Naxçıvanda yerləşən “Əshabi-kəhf” mağarasıdır. Bura belə adlanır: Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi. Artıq ziyarətgaha gedən yol təbii faktorların təsirindən yararsız vəziyyətə düşdüyü üçün əsaslı şəkildə yenidənqurma işləri aparılır.  AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, uzunluğu 13,9 kilometr olan bu yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 zolaqdan ibarət olacaq avtomobil yolunda yol yatağı genişləndirilib və torpaq işləri artıq yekunlaşmaq üzrədir.