Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mətbuat prospekti və Salyan şosesində təmir işləri davam etdirilir

16.07.2024 [16:16]

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işləri davam etdirilir. Qeyd olunan hissələrdə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilib.