İşğaldan azad olunan ərazilərə qayıdışla bağlı “Qaynar xətt” yaradılıb
16.07.2024 [19:26]
Artıq işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı müraciətlər və orada məskunlaşdıqdan sonra yaranan sualların, hər hansısa çətinliklərin həlli daha rahat və asan olacaq. Belə ki, bununla bağlı xüsusi “Qaynar Xətt” yaradılıb. “Qaynar xətt”in iş qaydası haqqında ilkin olaraq komitə əməkdaşları təlimatlandırılıb.