Jan-Jakob Bisep: Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir
17.07.2024 [11:59]
Xəbərin mətni
Bakıda belə bir qurultayın keçirilməsinə dəstək göstərdiyi üçün Azərbaycanın Hökumətinə təşəkkür edirik. Azərbaycan cəsarətli addımlar atır. BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə biz ilk dəfə Bakıda belə bir tədbir keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.