SİYASƏT
Yeni Kaledoniyanın XİN başçısı: Bakı Qurultayında çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq
17.07.2024 [12:41]
Xəbərin mətni
Azərbaycan hökumətinə və bizim burada olmağımıza şərait yaradan bütün insanlara təşəkkür edirik. Fransanın koloniyaları ilə bağlı bu Qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.