Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclər üçün Azərbaycanda təhsil almaqla bağlı tələbə təqaüdü elan edib
17.07.2024 [12:58]
Xəbərin mətni
Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilmişdir. Onlarla terrorçu kimi davranılmış və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalmışlar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.