Azərbaycan müstəmləkə xalqların ümid yeridir
17.07.2024 [19:56]
Azərbaycan müstəmləkə xalqların ümid yeridir Bakıda keçirilən Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının ilk Qurultayı, həmin tədbirdə 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı bunun bariz nümunəsidir. Qurultayın keçirilməsi ideyası iştirakçıların özünə məxsusdur. Məkan kimi Azərbaycanın seçilməsi isə Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərində götürərək kolonializm və neokolonializmə qarşı mübarizə aparan ölkəmizin qətiyyətli mövqeyinin göstəricisidir.