Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər

17.07.2024 [20:24]

Xəbərin mətni

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Füzuliyə və Şuşaya səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının sübutu olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb, vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar yenidənqurma və təmir-bərpa işlərini böyük məmnunluqla müşahidə ediblər.