Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cavanşir” körpüsünün ərazisində yeni yol infrastrukuturunun yaradılması işləri davam edir

18.07.2024 [14:46]

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər davam etdirilir.  “İnşaat Norma və Qaydaları”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində artıq ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması yekunlaşıb. Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb.