Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması ilə bağlı Bəyannamə imzalanıb

18.07.2024 [19:12]

Məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa təşkilatçılığı müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə iyulun 17-18-də Bakıda birinci Qurultay keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən qapalı müzakirələrin yekunu olaraq Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin - Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər. Qurultayda iştirak edən Fransa və Niderland 17 koloniyasının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyibər.