AZƏRTAC XƏBƏR VERİR: “myGov” portalına yeni təhsil sənədləri və məlumatları bölməsi əlavə olunub
19.07.2024 [20:23]
Artıq bir sıra təhsil sənədlərini əldə etmək üçün qurumlara müraciət etməyə ehtiyac qalmayacaq. Çünki “mygov” portalına yeni təhsil sənədləri və məlumatları bölməsi əlavə olunub. Vətəndaşlar universitetlərə sənəd qəbulu prosesini də tam rəqəmsal formada həyata keçirə biləcəklər. İlkin olaraq bu prosesə Texniki Universitetin bakalavr səviyyəsinə sənəd qəbulunun rəqəmsallaşdırılmasından başlanılıb.