Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir

21.07.2024 [12:43]

Xəbərin mətni

Cəmiyyətimiz tənqidi giymətləndirmək öhdəliyini daşıyır. Burada təkcə jurnalistlərin deyil, cəmiyyətin də rolu mühümdür. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.