SİYASƏT
Mixail Qusman: İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrdə rast gəlinən fenomendir
21.07.2024 [14:47]
Xəbərin mətni
İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrə xas bir fenomendir. Bəzi ölkələr daha fəal fazadadır, bəziləri isə yox. Aktiv müharibələrdən fərqli olaraq informasiya müharibələri heç vaxt dayanmır. Biz həmişə onlarla mübarizə aparmalıyıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə söyləyib.