Montaser Marai: Media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq
21.07.2024 [15:09]
Xəbərin mətni
Ənənəvi media nəhəng qurumların əlindədir. Onlar da bildiyimiz kimi, Şimal yarımkürəsində yerləşir. Bizə hər zaman nəzarət edirlər. Ona görə də media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu Əl-Cəzirə Media İnstitutunun Media təşəbbüsləri meneceri Montaser Marai 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə deyib.