Azərbaycan Dövlət İnformasiya Agentliyi

MENA-nın baş redaktoru: Bizim öz baxışımızı aydınlaşdırmaq üçün Şuşa Forumu kimi tədbirlərə ciddi ehtiyacımız var

21.07.2024 [18:37]

Xəbərin mətni

Bizim öz baxışımızı aydınlaşdırmaq üçün bu cür tədbirlərə ciddi ehtiyacımız var. Bizim fikirlərimiz Qərb mediası tərəfindən nəzərə alınmır. Buna görə də öz problemlərimizə tənqidi fikir bildirmək üçün vahid səsə sahib olmalıyıq, çünki problemin həll yolu düzgün, vahid xəbər axınıdır. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbər Agentliyinin (MENA) baş redaktoru Tarek Abdel Qaffar deyib.