Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
21.07.2024 [23:45]
Xəbərin mətni
İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib. Alyansın Baş katibi Elşən Şahbalayevin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə komitəsinin ilk iclasının Türk dünyasının media sahəsində tarixi iz qoyan hadisələrdən biri olduğunu deyib.