AZƏRTAC-ın İdarə Heyətinin sədri: Texnologiyalar inkişaf etdikcə feyk xəbər problemi özünü ən asan və sürətli formalarda büruzə verir
21.07.2024 [23:56]
Xəbərin mətni
Təsdiqlənmiş xəbərlərə böyük ehtiyac yaranıb. Sosial media vasitəsilə daha da vüsət alan feyk xəbər problemi texnologiyalar inkişaf etdikcə özünü ən asan və sürətli formalarda büruzə verir. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı bildirib.