Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Media Forumun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

22.07.2024 [00:41]

Xəbərin mətni

Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumunun iştirakçıları iyulun 21-də Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, əvvəlcə Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.
Sonra qonaqlar Şuşada yeni istifadəyə verilən Dövlət Xidmətləri Mərkəzində olublar. Onlara Mərkəzdə yaradılan şərait barədə məlumat verilib.