Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC ilə Vyetnamın VNA agentliyi əməkdaşlıq müqaviləsini yeniləyəcək

22.07.2024 [14:05]

Xəbərin mətni

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Şuşada keçirilən 2-ci Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Vyetnamın VNA agentliyinin baş direktorunun müavini xanım Doan Thi Tuyet Nhunq ilə görüşüb.

Görüşdə iki agentlik arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, AZƏRTAC və VNA uzun illərdir səmərəli tərəfdaşlıq edir, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, media sahəsində əlaqələrin genişlənməsinə töhfə verir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI