Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkədə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair Sərəncamın icra vəziyyəti müzakirə olunub

22.07.2024 [17:49]

“Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, Sərəncamın məqsədi radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla ümumölkə radio kanallarının proqramlarının bütün ölkə ərazisində yayımının təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə müəyyən ərazilərdə eyni radiotezlikdə radiosiqnalların qəbul imkanının yaradılması və nəticə etibarilə əhalinin yerli radio proqramlara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılmasıdır.