Avropa ilə Ermənistan arasında viza liberallaşması: Siyasi və demoqrafik təsirlər
23.07.2024 [17:07]
Ötən gün Avropa İttifaqı Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib. Tərəflər arasında qəbul edilmiş bu qərara Ermənistan böyük alqış etsə də əslində proqnozlaşdırılan mənzərə heç də xoş deyil. Çünki prosesin arxasında duran məqsəd Ermənistan üçün növbəti uçurumu hazırlayır. Avropa İttifaqının bu addımı əmək bazarını ucuz işçi qüvvəsi ilə təmin etmək məqsədi daşıyır. Tarixə nəzər salsaq Gürcüstanla Avropa arasında vizanın liberallaşdırılmasından sonra Gürcüstanı 1 milyona yaxın insan tərk edib. Onların 285 mini geri qayıtmayıb 2023-cü ildə isə bu rəqəm 165 mindən çox olub, bu da Gürcüstan əhalisinin 2 faizini əhatə edir. Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə atılan bu addım nəticəsində Ermənistanı 140 minə yaxın insan həmişəlik tərk edə bilər.