Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan dövlətinin İrpendəki akademik Zərifə Əliyeva adına liseyə növbəti yardımı çatdırılıb

25.07.2024 [13:02]

Xəbərin mətni

Azərbaycan dövləti Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinə növbəti humanitar yardımını göndərib.

AZƏRTAC xəbər verir ki, humanitar yardım orta məktəbin maddi-texniki imkanlarını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Yardıma noutbuk dəstləri daxildir.

Humanitar yardımın məktəbə çatdırılması mərasimində iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlətimiz müharibə dönəmində Ukraynaya humanitar yardımlarını davam etdirir.