Somali XİN-in başçısı: Ölkəmizlə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir
26.07.2024 [12:55]
Somali ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi iyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
O vurğulayıb ki, Somali və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, təcrübələrini bölüşür.