Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı tam elektronlaşdırılacaq
29.07.2024 [19:19]
Xəbərin mətni
“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoruna dair 2024-cü il üzrə Yol Xəritəsinin və “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi üzrə görülmüş işlər barədə təqdimatı keçirməkdə məqsədimiz işçi qrupunun cari ildə həyata keçiriləcəyi tədbirlər, cari ilin birinci yarımilliyi ərzində yerinə yetirilmiş işlərin hesabatıdır. AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlaması zamanı deyib.