COP29-a hazırlıq çərçivəsində “Azərbaycanda Yaşıl Tikinti” üzrə dəyirmi masa keçirilib
30.07.2024 [14:19]
Xəbərin mətni
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində tikinti sahəsində fəaliyyət göstərən yerli şirkət rəhbərlərini xarici tikinti şirkətlərinin iştirakı ilə “Azərbaycanda Yaşıl Tikinti” üzrə dəyirmi masa keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi yerli tikinti şirkətlərini, tikinti materiallarını istehsal edən müəssisələri, xarici şirkətləri və ekspertləri, eyni zamanda dövlət orqanlarının nümayəndələrini bir araya gətirməklə, davamlı və sıfır karbonlu tikintiyə keçid üçün müzakirələrin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.