Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk kibertəhlükəsizlik məhsulumuza beynəlxalq bazarda təlabat var

30.07.2024 [17:17]

Xəbərin mətni

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca üçüncü “Məzun Günü” baş tutub. Mərkəz 3 il ərzində min tələbəni kibertəhlükəsizlik üzrə mütəxəsis kimi yetişdirməyi qarşısına hədəf qoyub. Bu sahədə yetişdirilən tələbələr, xarici müəllimlər tərəfindən kibermüdafiə və kiberhücum üzrə praktiki biliklərə yiyələnirlər.