Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan cüdoçusu Paris olimpiadasının finalında

01.08.2024 [19:10]

Xəbərin mətni

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə vaza-ari ilə qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gələcək.