“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb
06.10.2026 [12:57]
Xəbərin mətni
Qlobal enerji və ticarət arxitekturasının yenidən formalaşdığı, Orta Dəhlizin mühüm Şərq-Qərb bağlantısı kimi strateji əhəmiyyətinin artdığı bir vaxtda Azərbaycan-Almaniya tərəfdaşlığının enerji, infrastruktur və investisiya sahələrində inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Azərbaycan Almaniya ilə enerji əməkdaşlığını yeni mərhələyə yüksəltməyi hədəfləyir. Bunu energetika nazirinin müavini Elnur Soltanov Alman-Azərbaycan Əlaqələndirmə Konfransında çıxışı zamanı deyib.