AZƏRTAC XƏBƏR VERİR: Tələbələr COP29 ərəfəsində distant təhsil alacaq
01.08.2024 [19:50]
Nazirlər Kabineti ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı qərar verib. Qərara əsasən, noyabrın 12-dən 22-dək ümumi təhsil pilləsi üzrə payız tətili olacaq.