Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız Vətənə dönüblər

04.08.2024 [10:27]

Xəbərin mətni

Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüblər. AZƏRTAC xəbər verir ki, Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.