Sənan Süleymanov erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəlib
06.08.2024 [14:51]
Xəbərin mətni
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla qarşılaşıb.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn S.Süleymanov 1/4 finala vəsiqə qazanıb.
Digər yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bu gün bürünc medal uğrunda görüşdə iranlı dünya çempionu Amin Mirzəzadə ilə qüvvəsini sınayacaq.