“Paris-2024”: Azərbaycan taekvondoçusu yarımfinala vəsiqə qazanıb
07.08.2024 [18:19]
Xəbərin mətni
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/4 finalda ispaniyalı Adrian Visente Yunta ilə qarşılaşıb. Rəqibinə 2:0 (11:5, 13:11) hesabı ilə qalib gələn taekvondoçumuz yarımfinala vəsiqə əldə edib.