İQTİSADİYYAT


“ƏDV geri al” ilə bağlı kiberdələduzluq halları var

1 ay gözləmədən əlavə dəyər vergisini geri al, son 1 ildə toplanan bütün ƏDV-ləri geri qaytar… İlk baxışdan cəlbedici görünsə də, bu kimi reklam tipli elanlar kiberdələduzların yeni fırıldaqlarından biridir. Belə ki, onlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar yaradaraq insanlara ƏDV-lərin bir hissəsinin müxtəlif yollarla geri qaytarılmasına dair şirnikləndirici elanlar yerləşdirirlər.