Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində gələcək perspektivlər
09.08.2024 [19:38]
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx tarixi, mədəni əlaqələrə sahibdir. Son dövrlər hökm sürən siyasi vəziyyət bu ölkələrin daha möhkəm əlaqələr yaratmasına rəvac verir. Ölkə başçısının son 2 ildə etdiyi səfərlər, imzalanan sənədlər və sazişlər bunun bariz nümunədir. Qurulan möhkəm əlaqələrin başında müdafiə və təhlükəsizlik məsələləri dayanır.